Trampın komandası İran rejimini devirmək üçün planlar hazırlayır.
İnterpress.az xəbər verir ki, bu barədə “İsrail Hayom” yüksək rütbəli İsrail mənbələrinə istinadən yazıb.
Bildirilir ki, alovlu anti-İran baxışları olan yeni təyin olunmuş Tramp komandası İslam Respublikasında mövcud rejimi devirməyə yönəlmiş strateji planlar hazırlayır.
Qeyd olunur ki, İsraillə ABŞ arasında gələcək strateji əməkdaşlıq buna diqqət yetirəcək.
Mənbələr qeyd edir ki, İranın Yəhudi Dövlətinə cavab zərbələrini İsrailin oktyabrın 1-dəki hücumuna təxirə salmaq qərarına məhz bu planlar təsir edib.
Qeyd olunur ki, İslam Respublikasında hakimiyyət dəyişikliyi “İsrailin maraqlarını hədəf alan Tehranın dəstəklədiyi təşkilatların imkanlarını maliyyələşdirməkdən məhrum edəcək və zərərsizləşdirəcək”.
Xuraman Etibarlı
İnterpress.az