Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) növbəti toplantısı 2025-ci ildə Özbəkistanda keçiriləcək.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, gələn il Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Türkiyəyə keçəcək: “Şuraya üzv ölkələr olaraq qiymətləndirmə sektoru ilə bağlı problemləri müzakirə edəcəyik. Həmçinin həllini tapmalı bir sıra texniki məsələlər var ki, bunların da həllini tapması istiqamətində işlər görülür”./Report