Türkiyə 7 ayda 1,9 milyard dollarlıq təzə meyvə və tərəvəz ixrac edibbackend

Türkiyə 7 ayda 1,9 milyard dollarlıq təzə meyvə və tərəvəz ixrac edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə 7 ayda 1,9 milyard dollarlıq təzə meyvə və tərəvəz ixrac edib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Aralıq dənizi Yaşı Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Ferhat Gürüz yanvar-iyul aylarında Türkiyədən 1 milyard 892 milyon dollarlıq təzə meyvə-tərəvəz ixrac edildiyini açıqlayıb.

Gürüz ölkənin ümumi yaş meyvə-tərəvəz ixracının iyul ayında bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 27 artaraq 197,1 milyon dollara çatdığını bildirib.

İyul ayında sektorun beynəlxalq bazarlarda 192 min 700 ton məhsul qiymətləndirdiyini bildirən Gürüz bu dövrdə ən çox ixracat satışının albalı, şaftalı və ərik qruplarında reallaşdığını qeyd edib.

İyul ayında ən çox ixracat edən ölkələrin Almaniya, Rusiya və Hollandiya olduğunu qeyd edən Gürüz deyib ki, yanvar-iyul dövründə sektor ixracatı əvvəlki ilin eyni dövrünə görə yüzdə 18 artımla 1 milyard 892 milyon dollara çatıb.