Türkiyə ABŞ və Britaniya vətəndaşları üzərində nəzarəti gücləndirib.
İnterpress.az xəbər verir ki, bu barədə Stokholm Skandinaviya tədqiqatları və monitorinqi Nordic Monitor şəbəkəsinin xəbər resursu yazır.
Türkiyə xüsusi xidmət orqanları Türkiyədəki ABŞ və Böyük Britaniya vətəndaşlarını casusluqda və ölkədə sabitliyi pozmaqda şübhəli bilinərək onlara nəzarət etmək üçün tədbirləri gücləndirib.
Qeyd olunur ki, Türkiyənin kəşfiyyat qurumu MİT jurnalistlər, tədqiqatçılar, akademiklər və qeyri-hökumət təşkilatı (QHT) əməkdaşları arasında potensial casusları müəyyən etmək üçün məlumatların təhlili alqoritmlərindən istifadə edən ixtisaslaşdırılmış proqram hazırlayıb.
Bu cür tədbirlər deportasiya və yaşayış icazələrinin uzadılmasından imtina hallarına səbəb olub. Türkiyə hakimiyyəti bu hərəkətləri milli təhlükəsizliyin qorunması zərurəti ilə əsaslandırır, Qərb ölkələri isə siyasi motivli həbslər və yoxlamalardan narahat olduqlarını bildirirlər.
Bir çox Qərb QHT-ləri də Türkiyədəki layihələri ilə casusluqda və sabitliyi pozmaqda ittiham edilərək nəzarət altına alınıb. Tədbirlər tənqidlərə tuş gəlib və Qərb dövlətlərinin Türkiyəyə səfər edərkən ehtiyatlı olmaları barədə xəbərdarlıqlarına səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az