Türkiyə kəşfiyyatı PKK komandirini məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında uğurlu əməliyyat keçirib.
Qara bölgəsində PKK terror təşkilatının logistikasından məsul olan “Mervan Hizan” kod adı ilə tanınan Sərhat Taqay zərərsizləşdirilib.
Kəşfiyyat məlumatlarına görə, Taqay təşkilatın yüksək rəhbərliyində cangüdən vəzifəsində çalışıb.
Müəyyən edilib ki, o, rəhbərliyinin göstərişi ilə Qara bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edib. O, həmçinin bu hücumlar üçün silah, sursat və partlayıcı maddələrin təchizatını koordinasiya edib.
MİT terror fəaliyyətinə görə axtarışda olan Taqayın harada olduğunu izləyib və fürsət düşən kimi onu dəqiq zərbə ilə aradan qaldırıb.
Xuraman Etibarlı
İnterpress.az