Türkiyə Milli Müdafiə Nazirliyi Laçındakı təlimlərdən görüntülər yaydı – FOTObackend

Türkiyə Milli Müdafiə Nazirliyi Laçındakı təlimlərdən görüntülər yaydı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ulu və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan “Bir millət iki dövlət” anlayışı ilə tək yumruq olmağa davam edir”. bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin Laçında keçirilən birgə təlimlərlə bağlı “Twitter”də etdiyi paylaşımında qeyd edilib.

Paylaşımda Azərbaycanın Dəniz Piyada Taboru və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının “Birgə Komando Hərəkatı” təlimlərindən görüntülər yer alıb.

Nazirlik tədbirin 10 sentyabra qədər davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən sentyabrın 6-da Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.