“Türkiyə, Pakistan və İsrailin Azərbaycana verdiyi dəstək unudulmayacaq” – Tənzilə Rüstəmxanlıbackend

“Türkiyə, Pakistan və İsrailin Azərbaycana verdiyi dəstək unudulmayacaq” – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhidlərimiz 30 illik bir sancının Azərbaycanın tarixindən silinməsinin, sındırılmış qürurumuzun qaytarılmasının ən böyük səbəbkarlarıdır”.

Bu sözləri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Gününə münasibət bildirən Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı İnterpress.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, bu gün Azərbaycan xalqının Vətən mövzusunun və Qarabağın işğaldan azad olunaraq Azərbaycana qayıtmasının dönüm nöqtəsidir:

“Millət olaraq Qarabağı Azərbaycana qaytaran şəhidlərimizin qarşısında baş əyirik, onları anırıq. Şəhidlərin haqqı çox böyükdür və bunu heç kim unutmaz. Şəhidlərimizin unudulmaması üçün gələcək illərdə də xatirələri əbədiləşdiriləcək. İnsanların mənəvi dünyasında şəhidlərin yeri tamamilə başqadır. Şəhidlər daim millətin könlündə yaşayacaq. Bu gün bizim qürurlu günümüzdür. Ötən ilin bu günü başlayan savaşın sonunda Azərbaycan böyük zəfər əldə etdi. Ali Baş Komandanın mərdliyi və Azərbaycan Ordusunun cəsarəti nəticəsində qələbə qazandıq. Bu məsələdə başda qardaş Türkiyə olmaqla, Pakistan və İsrailə minnət borcumuz var. Bu ölkələrin Azərbaycana verdiyi dəstək unudulmayacaq. Ən önəmlisi odur ki, Azərbaycan əsgəri öz torpağını qoruduğunu bir daha göstərdi. Şəhidlik baş tacıdır. şəhidlər millətimizin baş tacıdır”.

Gülşən