Türkiyə-Suriya sərhədində raketin düşməsi nəticəsində yanğın BAŞ VERDİ – VİDEObackend

Türkiyə-Suriya sərhədində raketin düşməsi nəticəsində yanğın BAŞ VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Suriya sərhədində raketin düşməsi nəticəsində yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” Təhlükəsizlik Qüvvələrindəki mənbələrə istinadən yazır.

Türkiyənin cənub-şərqində, Suriya ilə sərhədə yaxın Kilis şəhərində raketin minalanmış əraziyə düşməsi nəticəsində yanğın baş verib.

Qeyd olunur ki, raket Suriyadakı münaqişə zonasından yan keçib. Türkiyə Silahlı Qüvvələri cavab atəşi verməyib.

Bundan əvvəl Türkiyə mətbuatında Suriya ərazisindən Kilisə iki minaatan mərmisinin atıldığı barədə məlumat yayılmışdı.

Türkiyə Silahlı Qüvvələrinin artilleriya və tank atəşi ilə cavab verdiyi vurğulanıb.

Xuraman Etibarlı

İnterpress.az