Türkiyədə dəhşətli hadisə baş verib. Kişi 3 yaşlı oğlunun gözü qarşısında güllələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Ankarada idman zalının sahibi 3 yaşlı oğlunun gözü qarşısında öldürülüb.
Məlumata görə, qətli türk mafiyası idman zalının sahibin xərac verməkdən imtina etdiyi üçün törədib.
Xuraman Etibarlı
İnterpress.az