Türkiyədə gənə dişləməsi faciəyə SƏBƏB OLDU: 55 yaşlı qadın ÖLDÜbackend

Türkiyədə gənə dişləməsi faciəyə SƏBƏB OLDU: 55 yaşlı qadın ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə gənə dişləyən qadın “Krım-Konqo” qızdırmasından vəfat edib.

İnterpress.аz xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Türkiyənin Burdur şəhərində gənə dişləməsi nəticəsində “Krım-Konqo hemoragik qızdırması” diaqnozu qoyulan 55 yaşlı qadın müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hadisənin təxminən 15 gün əvvəl baş verdiyi bildirilir. Meşədə gənə dişləməsindən sonra səhhəti pisləşən qadın dərhal həkim nəzarətinə götürülüb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mütəxəssislər yay aylarında meşəlik və otluq ərazilərdə gənə təhlükəsinə qarşı daha diqqətli olmağı və belə hallarla qarşılaşdıqda dərhal tibb müəssisələrinə müraciət etməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.аz