Türkiyədə hərbi hissəyə hücum: şəhid var    backend

Türkiyədə hərbi hissəyə hücum: şəhid var    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK terrorçuları Türkiyənin Siirt şəhərinin Pərvari rayonunun Doğan kəndində yerləşən Jandarma Komandanlığının nəzarətindəki “Dəyirmandaşı” hərbi hissəsinə hücum edib.

Bu barədə Siirt Valiliyi məlumat yayıb.

İri çaplı silahlarla edilən atəş zamanı hərbi hissənin təhlükəsizlik əməkdaşı şəhid olub, digəri isə yaralanıb.

Qeyd edək ki, bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

 

 

İnterpress.az