Türkiyədə 216 nəfər İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Erlikaya öz X hesabında məlumat verib.
O bildirib ki, Türkiyənin 45 vilayətində 216 nəfər İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az