Ərzurumda maskalı və silahlı “TikToker” saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin Ərzurum şəhərində maska və silahla küçədə gəzərək “TikTok” videosu çəkən 19 yaşlı gənc vətəndaşların şikayətindən sonra saxlanılıb.
Məlumata görə, polis araşdırması zamanı gəncin əlindəki silahın həqiqi olmadığı müəyyənləşib.
Onun 3D printer vasitəsilə hazırlanmış real görkəmli oyuncaq silahdan istifadə etdiyi üzə çıxıb.

Xuraman Etibarlı
İnterpress.az






