Türkiyədə Tim Kuk ALDANILDI: Xalçanı 30 dəfə BAHA SATDILAR – FOTObackend

Türkiyədə Tim Kuk ALDANILDI: Xalçanı 30 dəfə BAHA SATDILAR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Tim Kuku aldadaraq xalçaya 18 min dollar ödədiblər.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Apple” şirkətinin sabiq baş direktoru Tim Kuk Türkiyəyə səfəri zamanı aldadılaraq böyük məbləğdə ziyana düşüb.

İstanbulun məşhur “Qapalı Çarşı” bazarına baş çəkən milyarder burada real dəyərindən qat-qat baha qiymətə xalça alıb və buna görə 18 000 dollar (təxminən 30 600 manat) ödəyib.

Bazar satıcıları müştərinin zəngin olduğunu dərhal anlayaraq xalçanın qiymətini təxminən 30 dəfə şişirdiblər.

Yerli sakinlərin sözlərinə görə, Kukun baha qiymətə aldığı həmin xalçanın əsl bazar qiyməti cəmi təxminən 950 manat təşkil edir.

Xuraman Etibarlı

İnterpress.az