TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİ – “Azərbaycan qardaşlarımız gücümüzə güc qatır”backend

TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİ – “Azərbaycan qardaşlarımız gücümüzə güc qatır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Türkiyəni çənginə alan meşə yanğınlarının qarşısının alınması üçün dəstək verdiklərinə görə azərbaycanlı qardaşlarımıza öz təşəkkürümüzü bildiririk. Sözsüz ki, qardaşlıq bu günlər üçündür”.
Bu fikirləri açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, Azərbaycan yanğınsöndürənləri istər Muğla, istərsə də Antalya şəhərlərindəki güclü yanğınların söndürülməsi üçün uğurla və qətiyyətlə fəaliyyət göstərir: “Həm duaları, həm də fiziki, texniki və canlı qüvvəsi ilə azərbaycanlı qardaşlarımızın bizimlə birlikdə olması gücümüzə güc qatır”.