Fox TV-də yayımlanan Türkiyənin məşhur “Savaşçı” serialının 101-ci bölümü Qarabağa həsr olunub.
İnterpress.az xəbər verir ki, ekran işinin bu həftə yayımlanan bölümündə işğaldan azad edilən torpaqlarda terrorçuların olduğu, orada azərbaycanlı generala qarşı sui-qəsd planlaşdırıldığı ekranlaşdırılıb. Sözügedən terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə türkiyəli kəşfiyyatçılar cəlb edilir.
Qeyd edək ki, serialda məcburi köçkünlərin 30 il sonra azad olunan torpaqlara qayıdışı da əks olunub.
İnterpress.az