Türkiyədə 15 yaşlı rusiyalı xizək sürərkən ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Rusiyalı oğlan valideynləri ilə birlikdə Yeni il tətilində Kayseri vilayətindəki Erciyes xizək kurortunda dincəlirmiş.
Onun gündüz yamacdan sürüşməsi uğursuz alınıb, müvazinətini itirərək yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Turist yerli xəstəxanaya aparılsa da, xəsarətləri çox ciddi olub. Rusiyalı yeniyetməni xilas edə bilməyiblər: o, palatada ölüb.
Xuraman Etibarlı
İnterpress.az