Türkiyəyə qarşı sanksiyalar uzadıldıbackend

Türkiyəyə qarşı sanksiyalar uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Ankaraya qarşı sanksiya fərmanının daha 1 il uzadılmasına qərar verib.

Yenisabah.az “Fox News”a istinadla xəbər verir ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatına görə hələ 2019-cu ildə Donald Tramp fərman imzalayıb.

“Suriya ətrafındakı vəziyyət, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hücuma başlaması, İŞİD əleyhinə kampaniyanı pozur, dinc insanları təhlükəyə atır, bölgədə sülh, təhlükəsizlik və sabitlik sarsıtmaqla hədələyir, eyni zamanda, ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün həddindən artıq təhlükə yaratmağa davam edir… Bununla əlaqədar olaraq 13894 saylı fərmanla elan edilən fövqəladə vəziyyət rejimini bir il uzadırılır”, – deyə Ağ Evin açıqlamasında qeyd olunur.

Sözügedən fərman Tramp 14 oktyabr 2019-cu ildə imzalayıb. ABŞ Prezidenti bu sənədlə ABŞ Dövlət Departamenti və Xəzinədarlığının rəhbərlərinə konkret olaraq kimin cəzalandırılacağını tapşırıb. Söhbət “Şimali Suriyada atəşkəsə mane olan” və eyni zamanda, ölkədəki siyasi nizamlanmaya müdaxilə edən şəxslər haqqında idi.

Vaşinqton bu fərmanı əsas götürərək Türkiyənin Milli Müdafiə Nazirliyi və Enerji və Təbii Sərvətlər Nazirliyinə, bu idarələrin rəhbərlərinə, həmçinin ölkənin Daxili İşlər Nazirliyinin rəhbərinə qarşı sanksiyalar tətbiq olunduğunu elan edib.

Oktyabrın 17-də tərəflər Suriyanın şimal-şərqində atəşkəs barədə razılığa gəliblər, bundan sonra Tramp 23 oktyabrda sanksiyaları ləğv edib, lakin Ankara öhdəliklərini yerinə yetirmədiyi təqdirdə müvafiq tədbirləri bərpa etmək və Türkiyə mallarına rüsumları artırmaq hüququnu özündə saxlayıb.