Üç dəfə sürücülük imtahanından kəsilən tələbə müəllimini BIÇAQLADIbackend

Üç dəfə sürücülük imtahanından kəsilən tələbə müəllimini BIÇAQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada üç dəfə sürücülük imtahanından kəsilən tələbə müəllimini bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva sakini Dövlət Yol Polisi İdarəsində (QAİ) imtahandan kəsilincə, bunda 41 yaşlı təlimçi Anatolini günahlandırıb.

Tərəflər arasında yaranan münaqişə zamanı sürücülük vəsiqəsi ala bilməyən tələbə müəllimə iki bıçaq zərbəsi endirib, daha sonra hadisə yerindən qaçıb.

Məlum olub ki, təlimçiyə bıçaqla hücum edən Andrey K. imtahandan artıq üçüncü dəfə kəsilibmiş. O, sonuncu cəhdində avtomobili qaraja arxa-arxa park etməyi bacarmayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyətinin stabilləşdiyi bildirilir. Cinayəti törədən şəxs elə həmin gün saxlanılıb.

Məlumata görə, 30 yaşlı Andreyin 10 ildir ki avtomobil arzusunda olub.

Xuraman Etibarlı

İnterpress.az