Ucardakı dəhşətli qəzada yaralananların və ölənlərdən birinin şəxsiyyəti bəlli olub – YENİLƏNİBbackend

Ucardakı dəhşətli qəzada yaralananların və ölənlərdən birinin şəxsiyyəti bəlli olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ucarda ağır yol qəzasında xəsarət alanların və ölənlərdən birinin şəxsiyyəti məlum olub.

Xəsarət alanlar – Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Qaraxan Mənsur oğlu Qüdrətov və Oruc Mahir oğlu Tağızadədir.

Qəzada düynasını dəyişənlərdən biri “Mercedes” markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Tural İlham oğlu Həmzəyevdir.

Qəzada ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, yol qəzası ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə Ucar rayonunun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan üç nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

İnterpress.az