Üçüncü doza gəlir… – “3 ay sonra 2 dəfədən çox zəifləyir”backend

Üçüncü doza gəlir… – “3 ay sonra 2 dəfədən çox zəifləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havaların soyuması səbəbindən mövsümi xəstəliklərin çoxalması, insanların immun sisteminin zəifləməsi müşahidə edilir.

Pandemiya dövründə immun sistemiminin zəifləməsi heç də yaxşı hal deyil. Mütəxəssislər hesab edir ki, havaların soyuq keçməsi pandemiyanın daha geniş yayılmasını zəruri edir. Hazırda dünyanın qabaqcıl ölkələrində yeni dalğaların yaranmasının və virusun yayılmasınıbn qarşısının alınması üçün vaksinin üçüncü dozasının vurulmasına başlanılıb.

Üçüncü doza vaksinin vurulması hansı nəticələri verə bilər?

İnfeksionist Nicat Əzimli Yenisabah.az-a açıqlamasında üçüncü doza vaksinin bizim ölkə üçün daha vacib olduğunu bildirib.

“Bildiyimiz kimi, effektinə görə ən güclü vaksinlər m-RNT və “Vektor” vaksinləridir. Bunların belə qoruyuculuğu 3 ay sonra 2 dəfədən çox zəifləyir. Azərbaycanda bu günə qədər əksəriyyətə tətbiq olunan vaksin coronavac olub. Coronavacın effekti 2-ci dozadan sonra 3 ay belə qalmır, bu o deməkdir ki, 3-cü doza vaksin bizə digər ölkələrdən daha vacibdir.

3-cü dozanın məqsədi zəifləmiş süni immuniteti optimizasiya etmək və ömrünü uzatmaqdır. Bu səbəbdən üçüncü dozanın yoluxma saylarında azalmadan çox, ehtimal daxilində olan artımın qarşısını almaqda effekti var”.