Ukrayna Aİ-yə üvzlüklə bağlı ilk müsbət siqnalı Macarıstandan alıbbackend

Ukrayna Aİ-yə üvzlüklə bağlı ilk müsbət siqnalı Macarıstandan alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) dekabrın 14-15-də baş tutacaq sammitində Aİ-yə üzvlüklə ilk qeyri-rəsmi siqnalı Ukrayna Macarıstandan alıb.

İnterpress.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba bildirib.

Onun sözlərinə görə, Kiyevi Aİ-də görmək istəməyən ölkə yoxdur: “Onu da deyim ki, dünən Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə uzun söhbətimin nəticəsində bu ölkənin üzvlüyümüzə qarşı çıxması ilə təhlükə aradan qalxdı”

Xatırladaq ki, daha əvvəl D.Kuleba Aİ-nin üzvlüklə bağlı mənfi qərarının dağıdıcı olması ilə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, bu ilin noyabr ayında Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyiş əldə etməsinə dair hesabat yayıb. Sənəddə Kiyevlə üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi yer alıb.