Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkəyə daha 5 il rəhbərlik etmək üçün and içdi. Putinin yenidən seçilməsinə qədər Qərblə, o cümlədən bir neçə keçmiş SSRİ respublikaları ilə münadsibəti korlanmış Rusiya qarşıdakı illərdə bu ölkələrə qarşı hansı mövqeni tutacaq? Ukraynadan sonra Moldova, Ermənistan, Gürcüstanla münasibət necə olacaq? Qazaxıstan, Qırğızıstan, Tacikistanı təhlükə və ya hansısa aqressiya gözləmir ki?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.
Politoloq hesab edir ki, Rusiyanın siyasi strategiyası dəyişməz olaraq qalacaq, əksinə, ola bilər ki, bəziləri üçün daha da aqressivləşə bilər.
“Rusiyanın siyasi strategiyası dəyişməyəcək. Həmin sadaladığınız dövlətlərdə artıq Rusiya üçün potensial təhlükə rəyi formalaşıb.
Ukrayna müharibəsi bitdikdən sonra Rusiya NATO-nun öz sərhədlərinə gəlməsini əngəlləməyə çalışacaq. İqtisadi sahəsini genişləndirmək üçün addımlar atacaq.
Orta Şərq, Afrika kontinenti, İran, Çin kimi aktorlarla əməkdaşlıq davam edəcək. Rusiya çalışacaq ki, Avropaya satdığı enerjinin alternativi olmasın!”, – konfliktoloq bildirib.
Xuraman Etibarlı
İnterpress.az