Marko Rubio müharibə bitənə qədər Kiyevə qeyri-məhdud yardımın ayrılmasını qeyri-real adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib ki, Ukraynanın sonsuz şəkildə maliyyələşdirilməsi real ssenari deyil və bu baş verməyəcək.
“Bəzi insanlar düşünür ki, bizim siyasətimiz müharibə davam etdiyi müddətcə Ukraynanı qeyri-məhdud həcmdə maliyyələşdirməkdən ibarət olmalıdır. Bu, real deyil. Bu, həqiqətə uyğun deyil”, – Rubio vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






