«Ulduz Taksi”  şirkətinin rəhbəri xanımın maşınını əlindən aldı: sevgilisinə görə… – FOTObackend

«Ulduz Taksi” şirkətinin rəhbəri xanımın maşınını əlindən aldı: sevgilisinə görə… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda fəaliyyət göstərən taksi xidmətləri yüksək maaş və bir çox sərfəli şərtlər təklif edərək sürücüləri onlarla işləməyə dəvət edir. Amma nəticədə isə bir çox sürücülər,   hərtərəfli özlərinə sərf edən müqavilələlər əsasında öz hüquqlarını kobud şəkildə pozan taksı şirkətləri tərəfindən aldadılırlar.

Redaksiyamıza daxil olan şikayətə əsasən sizə müəyyən faktlar və xanım sürücünün hüquqlarının pozulmasına dair fikirlərini  təqdim edirik:

Vəliyeva Dəniz Azad qızı (Adını sonradan dəyişdiyinə görə sənədlərdə adı Azadə adlanır) təxminən bir həftə öncə avtomobili əlindən alınaraq işdən azad edilib.

Dəniz xanımın sözlərinə görə ULDUZ TAXI (*5000) şirkəti avtomobili 29 ay müddətində gündəlik ödəmələr tamamlanarsa sonda avtomobil sürücüyə qalacağını vəd edib. Yalnız bu vəd yerinə yetirilməyib. Belə ki, xanım sürücü işdə yaşadığı anlaşılmazlıq və operatorla aralarında olan mübahisədən sonra işini itirib. İşini itirdikdən sonra ona nə depozit məbləği  nə 6 ay müddətində ödənilən məbləğ  geri qaytarılmayıb. Avtomobili isə əlindən alınıb.

Dəniz  Vəliyeva gündəlik 26 manat ödəniş etsə də bununla bağlı bu 6 ay müddətində heç bir çek verilməyib. Yalnız sübut üçün 6 ay müddətində aldığı etibarnəmə var. Çünki deyir ki, pulu ödəməsə ona etibarnamə verilmirdi. Nəticədə 6 ay müddətində sürücü tərəfindən ayda 780 manat olaraq ümumi 4680 manat ödənilib bundan əlavə ilkin olaraq işə başlayanda 800 manat depozit məbləği də ödəyib.  Depozit məbləği də verilən müqavilədə 500 manat göstərilib.

Bu da sözügedən taksi şirkətində   işəgötürmə ilə bağlı ciddi qanun pozuntuları və vergidən yayınma hallarını ortaya çıxarır. Xanım sürücünün sözlərinə görə avtomobilləri  yalnız ULDUZ TAXI (*5000) şirkətinin servislərində məcburi şəkildə təmir etmələri tələb olunub.  Qiymətlər isə onlar təyin etdiyi formada həyata keçirilib.

Xanımın sözlərinə görə,  şirkətin rəhbəri Vüsal Bünyadov  dəfələrlə içkili vəziyyətdə ona zəng edərək əxlaqsız təkliflər edib.  Dəniz xanım deyir ki, mübahisə yaşadığı operator  Vüsal Bünyadovun sevgilisi olub.

Qarşı tərəfin mövqeyini də  dərc etməyə hazırıq. (Pressaz.info)