Uşağın həyatını qurtarana 23 manat verdilər, amma…backend

Uşağın həyatını qurtarana 23 manat verdilər, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Novokuznetsk şəhərində 2 yaşlı uşağı valideynləri nəzarətsiz buraxdığı üçün balkondan yıxılıb.

Bu vaxt yoldan keçən şəhər sakini Svetlana Sanarova uşağı tuta bilib. Bundan sonra azyaşlının valideynləri balkondan həmin qadına 1000 rubl (təxminən 23 manat) uzadaraq uşağı götürmək istəyiblər. Qadın pulu götürməyib və bu hərəkətə görə çox əsəbiləşib.

Uşağın valideynləri polis bölməsinə çağırılıb. Kemerovo bölgəsinin Daxili İşlər Nazirliyi Svetlana Sanaranı mükafatlandırıb.