ÜST meymunçiçəyi virusunun mutasiyası barədə məlumatları cavablandırıbbackend

ÜST meymunçiçəyi virusunun mutasiyası barədə məlumatları cavablandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi virusunun mutasiyaya uğradığına dair heç bir sübutu yoxdur.

Bu barədə ÜST məlumat yayıb.

Bununla yanaşı, təşkilat Avropa və Şimali Amerikada 100-dən çox xəstəliyə yoluxma faktı olduğunu bildirib.

Qeyd edilir ki, Avropa və Şimali Amerikada 100-dən çox təsdiqlənmiş yoluxma ağır olmayıb. ÜST-ün məlumatına görə, yoluxmalar qeyri-tipik xarakter daşıyır və virusun müntəzəm yayılmadığı ölkələrdə baş verir. Alimlər yoluxma hallarının mənşəyini və virusda nəyinsə dəyişib-dəyişmədiyini müəyyənləşdirməyə çalışırlar.