ÜST-ün baş direktoru: “Pandemiya şiddətlənir, son 6 həftədə yoluxma ikiqat artıb”backend

ÜST-ün baş direktoru: “Pandemiya şiddətlənir, son 6 həftədə yoluxma ikiqat artıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası şiddətlənir. Son 6 həftə ərzində xəstəliyə yoluxanların sayı praktiki olaraq ikiqat artıb”.

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə brifinq zamanı deyib.

“16 milyon koronavirusa yoluxma və xəstəlikdən 640 mindən çox ölüm halları ilə bağlı ÜST-ə məlumat daxil olub. Pandemiyanın yayılma sürəti artır”, – deyə baş direktor vurğulayıb.

 

İnterpress.az