Moskvada saxlanc kamerasında kilidlənmiş pişik balası xilas edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvadakı Leninqrad vağzalında saxlanc kameralarından birində kilidlənmiş pişik balası aşkarlanıb.
Heyvanın kameraya qoyularaq qapısının bağlandığı bildirilib.
Saxlanc kamerasından pişik balasının yazıq səslə miyoldaması eşidildikdən sonra əməkdaşlar onu çıxarıblar.
Pişik balasına yemək və su verilib, vəziyyəti nəzarətə götürülüb.
Hazırda pişik balasına yeni sahib tapılıb.

Xuraman Etibarlı
İnterpress.az






