Zelenoqradda velosiped sürən piromaniyalı yoldan keçən maşınlara Molotov kokteyli atıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskvanın Zelenoqrad şəhər dairəsinin üçüncü mikrorayonunda 26 yaşlı velosipedçi yola alışdırıcı qarışıq olan butulka atdığı üçün saxlanılıb.
Məlumata görə, kişi hərəkətdə olarkən butulkanı asfaltın üzərinə atıb. Maye yola dağılıb və alovlanıb.
Hadisə barədə polisə şahid məlumat verib. Zelenoqrad üzrə polis əməkdaşları şübhəlini qısa müddətdə müəyyənləşdirərək saxlayıblar.
Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Şübhəli barəsində ölkəni tərk etməmək və lazımi davranışla bağlı iltizam qətimkan tədbiri seçilib.
Xuraman Etibarlı
İnterpress.az






