Vətən müharibəsi iştirakçısı intihar etdibackend

Vətən müharibəsi iştirakçısı intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətən müharibəsi iştirakçısı intihar etdi

Şirvanda 33 yaşlı kişi intihar edib.

 

İNTERPRESS.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

 

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.