VHP-dən Gürcüstana etiraz: “Dövlət maraqlarındə heç kəsə güzəşt edilmir”backend

VHP-dən Gürcüstana etiraz: “Dövlət maraqlarındə heç kəsə güzəşt edilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mehriban qonşuluq və bölgədə barış siyasəti bəzilərində yanlış xəyallar yaradır və məkrli niyyətləri üzə çıxarır. Növbəti belə bir zərbəni Gürcüstandan almışıq. Yaxın keçmişdə Keşikçidağ olayı, Borçalıda yaşayan soydaşlarımıza qarşı diskriminasiya siyasəti, işğalçı Ermənistana yanacaq dəhlizinin açılması kimi xoşagəlməz hallara qonşuluq münasibətləri pozulmasın deyə göz yummağa çalışılıb. Bu dəfə Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə “erməni əsirlərinin qaytarılması” formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa düşmən ölkəyə dəstək ifadə ediblər. Bu bir qrup deputatın fərdi münasibəti deyil, Gürcüstanın rəsmi mövqeyidir. Bu olaydan bir müddət öncə Ermənistan prezidentinin Tiflisə səfəri zamanı fəxri qonaqlar kitabına “ürək” sözlərini yazıb və Ağrı dağının rəsmini cəkməsini Gürcüstan prezidentinin sosial şəbəkə hesablarında paylaşıması da bunun təsdiqidir.

Vətəndaş Həmrəyliyi Partiyası baş verənlərə qəti olaraq etirazını bildirir və Azərbaycanın iqtisadi potensialından kifayət qədər fayda götürən Gürcüstan hökumətindən Azərbaycana bağlı siyasətində ciddi korrektələr etməyi tələb edir. Azərbaycan mehriban qonşuluq siyasətinə hər zaman sadiqdir, amma dövlət maraqlarımızın heç kəsə güzəştə gedilmədiyini də hər kəs bilməlidir.

İnterpress.az