Xarkov merinin müavininin oğlu Vyanada vəhşicəsinə öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Kriptovalyuta ilə məşğul olan gəncin ölümündən sonra hesabındakı pullar yoxa çıxıb.
Avstriyanın paytaxtı Vyana şəhərində Ukraynanın Xarkov şəhər merinin müavininin oğlu, kriptovalyuta sahəsində fəaliyyət göstərən Danila Kuzmin amansızlıqla qətlə yetirilib.
Məlumata görə, cinayətkarlar gənci əvvəlcə döyüblər, daha sonra isə diri-diri yandırıblar. Kuzmin itkin düşdükdən dərhal sonra onunla əlaqəli olan iki kriptovalyuta cüzdanındakı bütün vəsait yoxa çıxıb.
İstintaqın versiyasına əsasən, Kuzmini iki Ukrayna vətəndaşı yandırıb. Şübhəli bilinən həmin şəxslər artıq saxlanılıb.

Xuraman Etibarlı
İnterpress.az






