Ukraynada “Sluqa Naroda” partiyasının yeni sədri seçilib.
İnterpress.az xəbər verir ki, bu barədə David Araxamiya məlumat yayıb. Aleksandr Korniyenko Yelena Şulyakı əvəz edərək partiya rəhbərliyinə gətirilib.
Məlumata görə, Ukraynanın hakim “Xalqın Xidmətçisi” (“Sluqa Naroda”) partiyası siyasi qüvvənin yeni rəhbərini seçib.
Bu vəzifəyə parlamentin birinci vitse-spikeri Aleksandr Korniyenko təyin edilib. O, bu postda xalq deputatı Yelena Şulyakı əvəz edib.
Xuraman Etibarlı
İnterpress.az






