Xan-Yunisdə 54 cütlük xarabalıqlar arasında evlənib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Dağıntılar fonunda baş tutan mərasim yerli sakinlərə təbəssüm və ümid bəxş edib.
Fələstinin Xan-Yunis şəhərində 54 gənc cütlük üçün kollektiv nikah mərasimi keçirilib.
Şəhərdəki genişmiqyaslı dağıntılar fonunda təşkil olunan bu kütləvi toy mərasimi müharibənin ağırlığını yaşayan yerli sakinlərin üzündə təbəssüm yaradıb.
Çətin şərtlərə baxmayaraq, yeni ailələrin qurulması həyatın davam etdiyinin simvoluna çevrilib.
Xuraman Etibarlı
İnterpress.az






