Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə İnterpress.az-a Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.
“Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.
Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı martın 21-i saat 22:00-dan martın 22-si səhər saatlarınadək dayandırılıb”, – məlumatda qeyd olunub.