“Xosedən sonra oğlum dedi ki, oğlanla oxumağın axırıncı dəfə olsun “backend

“Xosedən sonra oğlum dedi ki, oğlanla oxumağın axırıncı dəfə olsun “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həyat yoldaşım çox vaxt məni dəstəkləmir. Mənə deyir ki, proqramlara gedəndə ancaq mahnı oxu, danışma. Deyir danışanda problem yaranır”.

Bu sözləri müğənni Elnarə Xəlilova “Dəyişən cavab” proqramında deyib. Sənətçi həyat yoldaşı Rövşən Cahangirovla haqlarında yayılan “boşanma həddinə gəlmişik” sözlərinə aydınlıq gətirib:

“Toyumuzdan bir neçə gün sonra yazmışdılar ki, boşandılar. Adətən hər ailədə söz-söhbət olur. Ümumiyyətlə 4 ildən bir ailədə krizis olur, boşanma ərəfəsinə gəlib çatır. Bunu aşmaq lazımdır. Ya boşanacaqsan, ya da problemi həll edəcəksən. Bizim boşanmağımızı həvəslə gözləyənlər var idi”.

E.Xəlilova izləyicilərinin hər dəfə ona əvvəlki halına qayıtmasını yazmasından danışıb:

“15 ildir ki, evliyəm. Qızımın 14 yaşı olacaq. Əvvəl tək idim, indi ailəm, övladlarım var. Analıq statusum var. Qızım mənim boyda olub, oğlumun bir neçə ilə 18 yaşı olacaq. Məsuliyyət daşıyıram. Özümü elə aparmalıyam ki, sabahı günü onların mənə görə başı aşağı olmasın. Əvvəllər də artıq-əskik hərəkət etməmişəm, geyimlərimdə vulqarizm olmayıb. O vaxtlar 24 yaşım var idi, mənim üçün yeniyetmə obrazı yaradılmışdı. Hazırda 41 yaşım var, o obraza qayıda bilmərəm, istəmərəm. Tamaşaçı onu məndən istəməsin. Uşaqlarım əvvəlki obrazımı izləyiblər. Oğlum Öndər Elşad Xose ilə duetimi görəndən sonra dedi ki, axırıncı dəfə olsun oğlanla mahnı oxuyursan. Mən də ona söz verdim ki, bir də olmayacaq”.