Xramçay və Ağstafaçay daşdı, bəzi əraziləri su basdıbackend

Xramçay və Ağstafaçay daşdı, bəzi əraziləri su basdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.

İnterpress.az bildirir ki, Ağstafaçayda suyun səviyyəsinin qalxması nəticəsində Qazaxın “mal bazarı” adlanan ərazisini su basıb.

Həmçinin Gürcüstan ərazisində də yağan leysan yağışlar nəticəsində Xramçay da daşıb, İkinci Şıxlı kəndində meşəlik ərazi su altında qalıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.