Yanacaq kritik həddə ÇATDI – Təyyarə Samaraya TƏCİLİ ENİŞ ETDİbackend

Yanacaq kritik həddə ÇATDI – Təyyarə Samaraya TƏCİLİ ENİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pobeda” təyyarəsi yanacaq çatışmazlığı səbəbindən Samaraya təcili eniş edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Vladikavkazdan Moskvaya uçan “Pobeda” aviaşirkətinə məxsus təyyarə yanacağın kritik həddə azalması səbəbindən Samaradakı Kurumoç hava limanına təcili eniş edib.

Uçuş pilotsuz uçuş aparatları təhlükəsi elan edildiyi üçün Qazaxıstan üzərindən həyata keçirilib.

Təyyarə 23:35-də gecikmə ilə havaya qalxıb və təxminən üç saat sonra Samaraya enib.

Sərnişinlər əvvəlcə təyyarədə təxminən üç saat gözləyib, daha sonra hava limanına buraxılıblar. Moskvaya uçuş əvvəlcə 07:50-yə, daha sonra isə 15:00-a təxirə salınıb.

Sərnişinlərə yalnız 13 saatlıq gözləmədən sonra su və kolbasa ilə makaron verilib. Aviaşirkət sərnişinlər üçün gecələmə təşkil etməyib.

Xuraman Etibarlı

İnterpress.az