Yəhya Sinuarın qardaşı Məhəmməd HƏMAS-ın Qəzza zolağındakı faktiki hərbi qanadına rəhbərlik edir.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Kan 11 telekanalı məlumat yayıb.
Bildirilir ki, HƏMAS Siyasi Bürosunun mərhum rəhbəri Yəhya Sinuarın qardaşı Məhəmməd yüksək səviyyəli komandirlərdən ibarət kiçik şura ilə birlikdə təşkilatın Qəzza zolağındakı faktiki hərbi qanadına rəhbərlik edir.
HƏMAS tərəfindən Məhəmməd Sinuarın təyinatı ilə bağlı rəsmi açıqlama verilməyib.
İsrailə görə, təşkilat iyul ayında hava hücumu nəticəsində öldürülən hərbi qanadının keçmiş rəhbəri Məhəmməd Deyfin ölümünü də hələ təsdiqləməyib.
Xuraman Etibarlı
İnterpress.az