Yeni ilin ilk körpəsi Gəncədə dünyaya gəlibbackend

Yeni ilin ilk körpəsi Gəncədə dünyaya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda bu ilin ilk dünyaya gələn körpələri yarımçıq doğulduğu üçün küvezdə saxlanılır”.

Bunu APA-ya Gəncə şəhər Regional Perinatal Mərkəzinin həkimi Gülşən Qədimova deyib.

Həkim qeyd edib ki, bu ilin ilk doğulan əkiz körpələrini Bərdə rayon Qarağacı kənd sakini Kərimova Gültəkin Tofiq qızı dünyaya gətirib:

“33 həftəlik hamiləlik sonunda anaya təcili qeysəriyə əməliyyatı olunub. Hər iki uşağın cinsi oğlandır. Uşağın biri 1 kiloqram 900 qram, digəri 1 kiloqram 600 qram çəki ilə dünyaya gəlib. Uşaqlar yarımçıq doğulduğu üçün küvezdə saxlanılır. Oksigen dəstəyi alırlar, vəziyyətləri orta-ağır dəyərləndirilir. Uşaqlar saat 02:00-da dünyaya gəlib”.

12:36

2022-ci ildə doğulan ilk körpə Gəncə şəhərində dünyaya gəlib.

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən verilən məlumata görə, ilin ilk körpəsi oğlandır.

Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir, ana Bərdə rayonunun Qarağacı kəndindəndir.

Körpələrin çəkisi 1,9 və 1,6 kiloqramdır.