Yeni qanun müdirlərin əl-qolunu bağlayacaqbackend

Yeni qanun müdirlərin əl-qolunu bağlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyada yeni qanun müdirin işdən sonra öz əməkdaşına zəng etməsini və ya mesaj göndərməsini qadağan edir.

bu barədə “Euronews” məlumat yayıb.

Bildirilir ki, ölkə parlamenti distant işləmə ilə bağlı əmək qanunvericiliyinə düzəlişləri təsdiqləyib. Beləliklə, rəhbərlər iş vaxtından sonra işçilərlə əlaqə saxladıqlarına görə cərimə oluna bilərlər. Həmçinin şirkətlər elektrik enerjisi və internet ödənişləri kimi distant işləmə xərclərini ödəməyə kömək etməli olacaqlar. Bundan əlavə, işəgötürənlərə işçiləri evdən işləyərkən onlara nəzarət etmək qadağandır.