BKS-də bəşəriyyəti Yer üzündən silməyə qadir olan bakteriya aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Enterobacter bugandensis Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində tapılıb və mikrobioloqlar tərəfindən tədqiq edilib.
Məlum olub ki, müxtəlif mikroblar mutasiyaya uğrayaraq, mövcud antibiotiklərə davamlı olub və eksperimental həşəratları öldürüblər.
Həkimlər deyirlər: əgər o Yerə çatarsa, bu, fəlakətdir. Antibiotiklər gücsüzdür, xəstəliklər çox ciddi ola bilər, və bütün bəşəriyyəti Yer üzündən silə bilər.
“Gözümüzün qabağında kosmos həyatın yeni formasını yaradıb. Astronavtlar BKS-nin divarından pis qoxulu maddəni çıxarıb, onu yoxlayıblar. Məlum oldu ki, o, yerdənkənar kosmosda görünən mutant bakteriyadır. Və çox qorxulu xüsusiyyətlərə malikdir.
Ümumi məlumat: Beş il əvvəl astronavtlar BKS-də mədə-bağırsaq xəstəliklərinə səbəb olan bakteriya olan Enterobacter bugandensis-in böyük koloniyasını aşkar etdilər. Hücum tualet və idman sahəsindən götürülən nümunələrdə özünü göstərdi.
Bakteriya nisbətən zərərsiz idi, lakin zaman keçdikcə planetlərarası radiasiya və məhdud məkanın təsiri altında mutasiyaya uğradı.
İndi bakteriya ən inanılmaz şəraitdə yaşaya bilir, yaxşı çoxalır və öldürür. O, bütün eksperimental həşəratları məhv edə bildi.
Üstəlik, tək başına sağ qalmağı öyrənərək, digər bakteriyalara da eyni şeyi etməyə kömək edir.
Bu cəmiyyətin məqsədi birdir: kosmik stansiyada çoxalmaq və insanları oradan qovmaq.
Həkimlər deyirlər: əgər o Yerə çatarsa, bu, fəlakətdir. Antibiotiklər gücsüzdür, xəstəliklər çox ciddi ola bilər. Bir sözlə, batdıq”, – NASA-nın məlumatında deyilir.
Xuraman Etibarlı
İnterpress.az