Yeni Zelandiya sahilləri yaxınlığında güclü zəlzələ baş veribbackend

Yeni Zelandiya sahilləri yaxınlığında güclü zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit Okeanda, Yeni Zelandiyanın Cənub adasındakı Dunedin şəhərindən 348 km qərbdə 6,6 maqnitudalı zəlzələ baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata əsasən, çərşənbə axşamı Bakı vaxtı ilə saat 05:43-də qeydə alınan zəlzələnin episentri Cənub adasının sahillərindən təxminən 73 km aralıda olub.

Episentrdə intensivliyə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,8 bal qiymətləndirib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.