Yeniyetmələr arasında KÜTLƏVİ DAVA: 67 nəfər SAXLANILDI – VİDEObackend

Yeniyetmələr arasında KÜTLƏVİ DAVA: 67 nəfər SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada yeniyetmələr arasında baş vermiş kütləvi münaqişədən sonra 67 nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Dağıstanın təhlükəsizlik qüvvələri Mahaçqalada yeniyetmələr arasında münaqişənin təhrikçilərini saxlayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları münaqişənin təhrikçilərini və fəal iştirakçılarını operativ şəkildə saxlayıblar. Azyaşlılar polis bölməsinə aparılıb, valideynlərinə qarşı inzibati protokollar tərtib edilib.

Daxili İşlər Nazirliyinin, təhsil, gənclər və mədəniyyət müəssisələrinin nümayəndələri idarələrarası müşavirə çərçivəsində gələcəkdə belə halların qarşısının alınması üçün tədbirləri müzakirə edirlər.

Xuraman Etibarlı

İnterpress.az