Yerevan: Meydanda nümayiş başlayıbbackend

Yerevan: Meydanda nümayiş başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Polislər

Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə keçirilən nümayiş yenidən fəallaşıb. Mitinqə qatılmaq istəyənlər hələ də baş meydana doğru üz tuturlar.

Əraziyə yaxın küçələrdə polis sıralarını görmək olar. Ermənistan müxalifəti 22 dekabrdan etibarən ölkə boyunca tətil keçirməyə, işə, dərsə getməməyə və etiraz aksiyalarına qoşulmağa çağırıb.

Ermənistan müxalifəti 22 dekabrdan etibarən ölkə boyunca tətil keçirməyə, işə, dərsə getməməyə və etiraz aksiyalarına qoşulmağa çağırıb.

Qarın yağmasına baxmayaraq, Respublika meydanında bu günə təyin edilən nümayişə toplaşan insanları görmək olar. Ötən gün meydanda çadırlar quran etirazçıların bir hissəsi burada gecələyib.

İnformasiya agentliklər ətrafa çox sayda polislərin gətirildiyini bildirirlər. Çərşənbə axşamı həm meydanda, həm də yan küçələrdə olan hüquq-mühafizəçiləri mitinqə müdaxilə etməyiblər.

Hərçənd ki, bəzi müxalifət üzvləri təzyiqə məruz qaldığını bildirirlər.

Yerevan Respublika meydani etirazlar Nikol Pashinyan

Çərşənbə günü yayılan məlumata görə, nümayişin liderlərindən biri İstintaq Komitəsinə dəvət olunub. Daşnaksutyun partiyasını təmsil edən İşxan Sağatelyana əsasən, onun çağırılması mitinqdəki çıxışında “bəzi cinayət əlamətlərinin” olduğu barədə polisin yaydığı açıqlama ilə əlaqəli ola bilər.

“Çərşənbə axşamı günü Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları səhərədək hökumət binasının yaxınlığındakı Respublika Meydanını tərk etməməyə qərar veriblər”.

Kavkazskiy Uzel saytı yazır ki, gecə saatlarında və səhərə yaxın etirazçılar meydanda olublar. Saytın xəbərində deyilir ki, etirazçılar çərşənbə günü – 23 dekabrda Respublika meydanında genişmiqyaslı mitinqə davam edəcəklərini bəyan ediblər.

Çərşənbə axşamı günü Hökumət Evi ilə yanaşı Baş Prokurorluq, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binaları etirazçıların mühasirəsində qalıb. Lakin axşama doğru onlar “müvəqqəti olaraq” inzibati binaların ətrafından çəkiliblər.

Etirazlar Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra başlayıb.

 

Müxalifət liderləri Nikol Paşinyanın istefaya çıxmasının dörd yolunu açıqlayıblar.

Bu barədə paytaxtın Respublika Meydanında çıxış edən Daşnaksutyun partiyasının nümayəndəsi deyib. İşxan Sağatelyan sözlərinə görə, Baş naziri istefaya məcbur etmənin dörd yolu ola bilər.

Birinci halda, Paşinyan özü istefaya çıxır; ikincisində parlament növbədənkənar iclasda müvafiq qərar qəbul edir; üçüncüsündə, dövlətə xəyanətlə bağlı cinayət işi açılır; dördüncüsündə, hökumət, nazirlərin əksəriyyətinin (üçdə iksinin) tələbi ilə fövqəladə toplantı çağırır.

Loading video

Çərşənbə axşamı günü müxalifət liderləri Nikol Paşinyanın mənsub olduğu “Mənim Addımım” parlament fraksiyasını danışıqlara çağırıblar.

Mitinqdə çıxış edən Daşnaksutun partiyasının üzvü Geğam Manukyan “Mənim Addımım” fraksiyasında təmsil olunan deputatlara təzyiq olaraq onların siyahısını oxuyub. O, millət vəkillərinin telefon nömrələrini hələ açıqlamayacağını desə də, bunu tam istisna etməyib.

Müxalifət güc nazirliklərinin bir sıra yüksək rütbəlisinin istefaya çıxdığını bildirir.

Etirazçi

Bu arada etiraz aksiyaları Yerevanda və Ermənistanın başqa şəhərlərində davam edir.

Paytaxtı Şimal və Şimal-Şərqlə bağlayan Yerevan-Vanadzor və Yerevan-İcevan yolları etirazçılar tərəfindən kəsilib, agentliklər xəbər verir.

Etiraz aksiyasına 20-yə yaxın şirkət, Yerevan Dövlət Universitetinin bir neçə fakültəsi, Tibb Universiteti və Vəkillər Palatası qoşulub.

Yerevanda etirazçılar

Müxalifət həmçinin ümumrespublika tətil keçirməyə, işə, dərsə getməməyə və etiraz aksiyalarına qoşulmağa çağırıb.

Etirazlar Ermənistan Baş naziri ilə Azərbaycan və Rusiya Prezidentləri arasında Dağlıq Qarabağda atəşkəs haqqında bəyanat imzalandıqdan sonra başlayıb.

Ermənistanda bir çoxları bu razılaşma nəticəsində erməni tərəfin Azərbaycana xeyli ərazi güzəşt etdiyi, Nikol Paşinyanın isə kapitulyasiya sənədi imzaladığını deyirlər.

Ocaq ətrafında insanlar

Müxalif partiyalar ilk növbədə nazir Paşinyanın istefaya çıxmasını, daha sonra yeni parlament seçkiləri keçirməyi tələb edirlər. Seçkilərə qədər keçid dövründə isə müxalifət baş nazir vəzifələrinin icrasını Vazqen Manukyana həvalə etməyi təklif edir.

73 yaşlı Vazqen Manukyan vaxtilə, Sovet İttifaqı dağıldıqdan sonra, müstəqil Ermənistan Respublikasının Baş naziri və müdafiə naziri olub.

Vazqen Manukyan hesab edir ki, yaranmış daxili siyasi böhrandan çıxmaq üçün müvəqqəti hökumət yaradılmalıdır və bu hökumətin vəzifəsi danışıqlar yolu ilə atəşkəs haqqında bəyanatdakı qeyri-müəyyən məqamlarının Ermənistan üçün sərfəli hala gətirilməsinə nail olmaq və təhlükəsizlik məsələlərinin – ordunun döyüş qabiliyyətinin bərpası, müasir ordu yaratmaq, Rusiya ilə xüsusi münasibətlər yaratmaq və Qarabağ üzrə danışıqlar prosesinə qayıtmaq – olmalıdır.

 

İnterpress.az