Yol təmir edən podratçıdan qızıl unitaz TAPILDI – FOTObackend

Yol təmir edən podratçıdan qızıl unitaz TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yol təmir edən podratçıdan qızıl unitaz tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Primoryedə yolu təmir edən podratçıdan qızıl Louis Vuitton tualeti tapılıb.

“DSK” şirkəti Razdolnoyedən Xasana gedən avtomobil yolunun təmiri üçün 533,5 milyon rubl (təxm. 8.7 milyon man)  məbləğində müqavilə alıb. Lakin görülən işlərin keyfiyyəti müştəriləri qane etməyib, podratçıya isə 110 milyon rubl (təxm. 1,8 milyon man) pul ödənilməyib.

Məhkəmədə şirkət yolun ideal vəziyyətini sübut etməyə çalışsa da, hətta ekspertə rüşvət versə də, saxtakarlığın üstü açılıb.

Axtarışlar zamanı müstəntiqlər təkcə ittihamedici sənədlər deyil, 500 min rubl (təxm. 8 200 man) dəyərində qızıl unitaz da tapıblar.

Artıq faktlarla bağlı cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az