Yox cavabı aldığı üçün 14 YAŞLI ƏMİSİ QIZINA təcavüz etdibackend

Yox cavabı aldığı üçün 14 YAŞLI ƏMİSİ QIZINA təcavüz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 yaşlı əmisi qızına cinsi təcavüz etdiyi iddiası ilə nəzarətə alınan 5 uşaq atası 37 yaşlı M.D. fakt çatışmazlığından sərbəst buraxılıb.

İnterpress.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 11 -də Türkiyənin Yeniköy qəsəbəsində baş verib. Şiddət göstərdiyi iki arvadı tərəfindən tərk edilmiş 5 uşaq atası əmisinin evinə gedərək 14 yaşlı qızını özü üçün istəyib. Qızının hələ gənc olduğunu bildirən əmisi ona rədd cavabı verib.

Bundan hiddətlənən M.D əmisiqızını onunla yaş olan öz qızı ilə oynasın deyə evinə çağıraraq ona təcavüz edib.

14 yaşlı yeniyetmə yaşadığı dəhşətli anları danışıb:

“Məndən paltarımı çıxartmağımı istədi. Dedim ki, çıxarmıram. Bunu etməsəm məni döyəcəyimi söylədi. Etmədim. Sonra məni təpikləməyə və şillələməyə başladı. Qışqırdım lakin, heç kim məni eşitmədi. Məni çubuqla döydü, kürəyimi, ayağımı, qolumu  yumruqladı. Onun cəzalandırılmasını istəyirəm. Bu gün bunu mənə edən sabah başqa qızlara da edəcək. Mənim arzum həkim olmaq idi.Həyatımı, gələcəyimi və xəyallarımı məhv etdi”.