Yunanıstan ABŞ-dən pulsuz hərbi texnika almaqdan imtina edib, çünki onların təmiri və texniki xidmətinin yüksək xərcləri var.
interpress.az xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti yazıb. Bildirilir ki, Yunanıstan Hərbi Dəniz Qüvvələri ABŞ-nin pulsuz olaraq təhvil verməyə hazır olduğu dörd LCS sahil zonası gəmisindən imtina edib.
Yunan ordusu ardınca 164 M2A2 “Bradley” piyada döyüş maşınından da imtina edib. Gözlənilir ki, Hərbi Hava Qüvvələri C-130H hərbi-nəqliyyat təyyarələrini də təhvil almaqdan imtina edəcək.
Avadanlığın “Excess Defense Articlesi” proqramı çərçivəsində yardım kimi ötürülməsi planlaşdırılırdı. Bu, ABŞ Silahlı Qüvvələrinin artıq əmlakının, silah və hərbi texnikasının utilizasiyaya alternativ olaraq başqa ölkələrə verilməsindən ibarətdir. Belə yardımı alan şəxs yalnız logistika və təmir xərclərini öz üzərinə götürür.
Xuraman Etibarlı
İnterpress.az