Zelenski: “Rusiya aclıqdan silah kimi istifadə edir”backend

Zelenski: “Rusiya aclıqdan silah kimi istifadə edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya bütün dəniz limanlarımızı və ixracat üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərimizlə birlikdə mühasirədə saxlayır”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiya parlamentində çıxışı zamanı bildirib.

“Rusiya bütün dəniz limanlarımızı və ixracat üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərimizlə birlikdə mühasirədə saxlayır. Onlar bunu niyə edir? Çünki onlar aclığa adi insanlara qarşı tətbiq edilən silah kimi baxırlar. Üstünlüyünü göstərmək üçün alət olaraq ondan istifadə edirlər”, – dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Ukrayna dünyanın ərzaq bazarının aparıcı dövlətlərindəndir: “İxracatımız olmazsa, Afrika və Asiyanın onlarla ölkəsi aclıq təhlükəsi ilə üz-üzə qalacaq. Ərzaq məhsullarının fiziki olaraq çatışmazlığı səbəbindən qiymətlər çox bahalaşır”.

V.Zelenski əlavə edib ki, Afrikanın şimalındakı və Asiyanın bir hissəsində milyonlarla insan öz ailəsini yeməklə təmin etməkdə çətinliklə üzləşir.

Qeyd edək ki, İrlandiya Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsinin dəstəkləyib.